Logo

DİM-in əməkdaşları Tbilisidə keçirilən beynəlxalq konfransda iştirak ediblər

14.06.2023 11:05 176 baxış
IMG

İyunun 12-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstan Maliyyə Nazirliyi Akademiyası və ACCA-in Türkiyə Regional Mərkəzinin (Türkiyə, Azərbaycan və Gürcüstan) birgə təşkilatçılığı ilə “Keyfiyyətli maliyyə hesabatına aparan yol” adlı beynəlxalq konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev və Dövlət qulluğu, peşəkar mühasib və digər sertifikat imtahanları üzrə sektorun böyük məsləhətçisi Emil Əliyev iştirak edib.

Konfrans 3 sessiya üzrə keçirilib. İlk sessiya “Beynəlxalq maliyyə hesabatı sisteminin tətbiqi sahəsində yerli təcrübənin öyrənilməsi”, ikinci sessiya “Yeni audit erasında çağırışlar” və sonuncu sessiya “Ernest&Young şirkətinin maliyyə savadlılığı və karyera yüksəlişi” mövzusunda təqdimatların nümayişi və mövzular ətrafında müzakirələrdən ibarət olub.

13 iyun 2023-cü il tarixində isə DİM-in əməkdaşları Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzində (NAEC) olub və Mərkəzin direktor müavini Kaxa Camburia və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tinatin Qaxokidze ilə görüşüblər. Görüş zamanı imtahanların keçirilməsi, test bankının formalaşdırılması, yoxlama prosesləri, situasiya tipli testlərin tərtibi və ekspertizası və digər mövzularda hər iki tərəfin təcrübələri öyrənilib və geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti