Logo

Azərbaycanlı şagird Sidneydə olimpiadada qalib olub

01.05.2024 10:12 166 baxış
IMG

Avstraliyanın Sidney şəhərində azyaşlılar arasında keçirilən ingilis dili olimpiadasında Azərbaycanı təmsil edən şagird birinciliyə layiq görülüb.

Tehsil.biz xəbər verir ki, "Global Olympiad Center"in təşkilatçılığı ilə 20 nömrəli məktəbin şagirdi Nail Kərimli JEO olimpiadasında 14 ölkədən olan həmyaşıdları ilə mübarizə aparıb.

Gərgin keçən olimpiadada Nail yarışdığı sinif üzrə ikinci yer, yaş kateqoriyasına görə isə birinci yerə layiq görülüb.

Olimpiada müddətində iştirakçılar Azərbaycanın Avstraliyadakı səfirliyinin dəstəyi ilə Sidneyin gəzməli və görməli yerlərdində, tarixi muzeylərində olublar.

Xəbər lenti