Logo

Gəncə Filarmoniyasında "Gəncədən Bakıya" layihəsi təqdim edilib - FOTO

30.04.2024 12:45 267 baxış
IMG

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə "Gəncədən Bakıya" layihəsini təqdim edib.

Filarmoniyadan "Tehsil.biz"ə verilən məlumata görə, layihə çərçivəsində ilk konsert proqramı görkəmli bəstəkar, Xalq artisti, öz bənzərsiz mahnıları ilə qəlbləri fəth edən Elza İbrahimovaya həsr olunub.

Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının Estrada ansamblının müşayiəti ilə Əməkdar artistlər Arzu Əliyeva, Kəmalə Tağızadə, Tural Abdullayev, gənc ifaçılar Zabitə Alıyeva, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, İlkin Fuad, solistlər Rüstəm Cəfərov, Əli Məmmədov, Vasif Bayramov, Məhərrəm Qasımovun ifasında “Bakının işıqları”, “Sən yadıma düşəndə”, “Mən sənin yanına qışda gələrdim”, “Bu baxçadan keçmişəm”, “Gedək üzü küləyə”, “Gəl barışaq”, “Mehribanım”, “Daha məndə dözüm yox”, “Təki sən səslə məni”, “Ötən günlərimi qaytaraydılar”, “Gecələr bulaq başı”, “Sənin gözlərin”, “ Sən mənim səsimi eşidəcəksən” mahnıları səsləndirilib.

Sonda səsləndirilən “Ey Vətən” mahnısı tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Qeyd edək ki, "Gəncədən Bakıya" layihəsi çərçivəsində ayda bir dəfə Gəncə Dövlət Filarmoniyasının solistləri paytaxt Bakıda konsert proqramı ilə çıxış edəcəklər.

Gəncə Filarmoniyasında "Gəncədən Bakıya" layihəsi təqdim edilib

Xəbər lenti