Logo

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

30.04.2024 18:49 342 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilkə imza ataraq türk dünyası ölkələri arasında təhsil sahəsində əməkdaşlığa töhfə məqsədilə “Mergen” təqaüd proqramı elan edib.

ASAPES-in mətbuat xidmətindən "Tehsil.biz"ə bildiriblər ki, adını müdriklik tanrısından götürən təqaüd proqramı türk dövlətləri arasında ortaq şəxsiyyət şüuruna malik vətəndaşların yetişdirilməsi məqsədini daşıyır.

“Mergen” təqaüd proqramı Türk Dövlətləri Təşkilatına (TDT) üzv (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi (Macarıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan) dövlətlərin vətəndaşları üçün ASAPES-in magistratura səviyyəsi üzrə təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Təqaüd proqramı çərçivəsində 2024-2025, 2025-2026, 2026-2027-ci tədris illəri ərzində TDT-yə üzv və müşahidəçi dövlətlərdən hər il ümumilikdə 5 əcnəbi tələbənin qəbul edilməsi gözlənilir. Namizədlər idman məşqçiliyi, menecment və jurnalistika ixtisaslaşma sahələri üzrə ASAPES-də təhsil ala bilərlər.

Xəbər lenti