Logo

Sumqayıtda itkin düşən məktəbli tapılıb - YENİLƏNİB

29.04.2024 20:28 245 baxış
IMG

Sumqayıtda bu gün itkin düşən 12-ci mikrorayon sakini 9 yaşlı Yasin Hüseynli tapılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna azyaşlının ailəsi məlumat verib.

Qeyd olunub ki, məktəblini xalası oğlu Sumqayıt şəhər 28 nömrəli məktəbin həyətindən tapıb.

Qeyd edək ki, azyaşlı Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin üçüncü sinif şagirdidir.

17:43

Sumqayıtda azyaşlı itkin düşüb.

Tehsil.biz xəbər verir ki, bu haqda sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, hadisə 12-ci mikrorayon ərazisində baş verib.

Belə ki, 9 yaşlı Yasin Hüseynli məktəbdən çıxıb, lakin evə qayıtmayıb. Onun əynində məktəbli forması olub.

Azyaşlını görən və ya barəsində hər hansı məlumatı olan şəxslərdən (070) 959 90 88 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Xəbər lenti