Logo

Tarix Muzeyinin yeni kataloqu nəşr olunub

01.05.2024 10:58 171 baxış
IMG

“Milli Azərbaycan Tarixi Muzeyinin “sehrli” kolleksiyası: amulet, həmail və dualar” adlı kataloq nəşr olunub.

Bu barədə "Tehsil.biz"ə Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.

Kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifi dosent Afət Rüstəmbəyovadır. Muzeyin Arxeologiya, etnoqrafiya və xüsusi fondunda qorunan unikal eksponatlar əsasında hazırlanmış kataloqda müxtəlif çeşidli daş, keramika, metal və. s. əsaslı amulet və həmail, eləcə də dualar təqdim olunub.

Qeyd edək ki, bəşər sivilizasiyasında ən qədim yazılı həmail nümunəsini eramızdan əvvəl III-II minilliklərə aid “Talelər cədvəli” adlanan Şumer-Babil tanrılarının gil lövhələrində görmək mümkündür. Həmin lövhələr üzərindəki Babil əfsanəsinə görə qəhrəmanların başlarına və ya sinələrinə həmin lövhələrdən fraqmentlər həmail kimi taxılırdı. Həmçinin qədim zamanlardan bəri insanların şüurunda xüsusi iz qoyan magik əşyaların bütün təhlükələrdən mühafizə edə biləcəyinə inanıblar. Bu əşyalar sivilizasiyanın hər bir mərhələsində öz mahiyyətini saxlamaqla yanaşı, hər mərhələdə yeni dini-ideoloji məzmun əlavə olunmaqla tamamlanıb.

Kataloq xalqımızın yalnız tarixi keçmişini deyil, onun psixologiyasını, adət-ənənəsini, həyata və dünyaya baxış şəklini öyrənmək üçün əhəmiyyətli mənbədir.

Xəbər lenti