Logo

Burkina-Fasoda Fransa mediasına məhdudiyyət tətbiq edilib

30.04.2024 09:46 331 baxış
IMG

Burkina-Fasoda Fransanın “TV5 Monde” kanalının yayımı 2 həftə müddətinə dayandırılıb.

Tehsil.biz Fransa KİV-ə istinadən xəbər verir ki, buna səbəb kanalın ordu barədə əsassız məlumat yaymasıdır.

Bundan başqa, ölkə ərazisində altı xarici media qurumunun saytlarına giriş qeyri-müəyyən müddətə məhdudlaşdırılıb. Bura “Deutsche Welle”, “Ouest-France”, “Le Monde”, “Apanews” (Afrika Xəbər Agentliyi), “The Guardian” və “AgenceEcofin” daxildir.

Xəbər lenti