Logo

Nazir müavini: "Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək"

30.04.2024 15:08 225 baxış
IMG

"Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu dövlət-özəl tərəfdaşlığı çərçivəsində “Silk Vey Vest aviaşirkəti” MMC-nin maliyyə dəstəyilə ümumi təhsil müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi” layihəsini həyata keçirir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

Cari ildə başlanılan layihəni dövlət-özəl əməkdaşlığının uğurlu nümunəsi kimi qiymətləndirən Kənan Kərimzadə vurğulayıb ki, bu layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında 6 ümumi təhsil müəssisəsinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulur.

“Bakıda və Abşeronda yerləşən 5 məktəb və Kürdəmir rayonunda yerləşən 1 məktəbin əsaslı təmiri və bərpası nəticəsində təhsil müəssisələrində 5 mindən çox şagirdin təhsil şəraiti yaxşılaşdırılacaq.

2003-2023-cü illər ərzində ölkədə ümumilikdə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib. Məktəblərin təxminən 80 faizi yenilənib və həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb”, - deyə nazir müavini qeyd edib.

Xəbər lenti