Logo

“Don Rafael Trombonçu” yenidən səhnədə

30.04.2024 12:58 159 baxış
IMG

Mayın 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Don Rafael Trombonçu” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Teatrdan "Tehsil.biz"ə bildirilib ki, Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva və Nofəl Vəliyev canlandıracaq.

Komediya janrında olan səhnə əsəri çətin həyat şərtləri içərisində çabalayan musiqiçinin ağır taleyindən bəhs edir. Don Rafaello trombonçudur, musiqi alətləri mağazasını işlədir, özünün dediyinə görə, bir neçə opera və balet yazıb. Evdə isə yeməyə heç nə yoxdur, vəziyyət çox ağırdır. Don Rafael səfillikdən bir addım yuxarıda yaşayır, daha doğrusu, hər vəchlə səfil həyatını maskalamaqla məşğuldur - nimdaş geyiminin yırtıq-süzük yerlərini altda gizləyir, ağ köynək yerinə köynəyin görünən hissələrindən əcaib paltar düzəldir.

Tamaşaçı onun musiqisi, operaları ilə deyil, reallığı, ailəsi, məişət həyatı ilə tanış olacaq.

Xəbər lenti