Logo

AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb

30.04.2024 12:16 292 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarına 85 yer doktorantura, 91 yer isə dissertantura üzrə ayrılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti aparatının elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri məlumat verib.

Onun sözlərinə görə, AMEA-nın elmi müəssisə və təşkilatlarına doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 68 yer (45 yer əyani, 23 yer qiyabi), doktorantura yolu ilə elmlər doktoru hazırlığı üzrə 17 yer (3 yer əyani, 14 yer qiyabi), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 50 yer, dissertantura yolu ilə elmlər doktoru hazırlığı üzrə isə 41 yer müəyyən edilib.

Qeyd edək ki, AMEA-da sənəd qəbulu ilk dəfə paralel olaraq portal.edu.az vasitəsilə elektron qaydada həyata keçirilir. Sənəd qəbulu isə aprelin 16-dan başlayıb, mayın 15-dək davam edəcək.

Xəbər lenti