Logo

İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

30.04.2024 13:45 224 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Qeyd olunub ki, Filip Hamblın Orta əsrlər Azərbaycan ədəbiyyatına, xüsusilə İmadəddin Nəsimiyə dair mühüm tədqiqatları var və o, bu araşdırmaları kitab halında çap etdirib.

“Filip Hamblın Nəsimiyə dair tədqiqatları onun Azərbaycan ədəbiyyatına dərindən bələd olduğunu göstərir. Minnətdarıq ki, kitabınızda Nəsimidən Azərbaycan şairi kimi bəhs edirsiniz. Sizin bu addımınız Nizaminin, Nəsiminin və başqa şairlərimizin azərbaycanlı olduğunu Avropaya tanıtmaq baxımından olduqca önəmlidir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Görüşdə qonaq apardığı tədqiqatlar barədə məlumat verib.

Xatırladaq ki, Filip Hambl aprelin 29-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan ədəbiyyatındakı ədəbi əlaqələr” mövzusunda elmi konfransda iştirak edib.

Xəbər lenti