Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikası kafedrasının professoru, filologiya elmləri doktoru Leyla Xanbutayevanın “Sintaktik vahidlərə psixolinqvistik yanaşma” adlı növbəti monoqrafiyası “Elm və Təhsil” nəşriyyatında çapdan çıxıb.
Bu barədə "Tehsil.biz"ə ADU-dan məlumat verilib.
Dilçi alimlər, filologiya fakültəsinin magistr və doktorantları üçün nəzərdə tutulan monoqrafiya ADU – nun Elmi Şurasının 27 noyabr 2023- cü il tarixli 32 saylı qərarı ilə çapa tövsiyə olunub.
Kitabda psixolinqvistikanın yaranması, yeni elm sahəsi kimi inkişafı və bu inkişafda psixolonqvistik cərəyanların rolu, söz, söz birləşmələri, söyləm, cümlə (sadə və mürəkkəb) sintaktik vahidin əsas komponentləri kimi araşdırılır. Həmçinin, anlama prosesində sintaktik vahidlərin kodlaşması və dekodlaşması, struktur çoxmənalılıq hallarının təhlili və sintaktik vahidlərin formalaşdırdığı sinonimlik əlaqəsi tədqiq olunur.
Kitabın elmi redaktoru f.e.d., prof. N.Ç.Vəliyeva, rəyçilər Abay Qazax Milli Universitetinin professoru Ş.A.Sabitova, ADU-nun professorları, filologiya elmləri doktorları Ş.A.Mahmudova, K.E.Abdurəhmanovadır.