Logo

Diaspor könüllüləri III “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO

29.04.2024 21:20 186 baxış
IMG

“Azərbaycan Diaspor Könüllüləri” Proqramı çərçivəsində könüllülərin III “Yüksəliş” müsabiqəsinin qalibləri – Azad Qəribov, Emil Bəşirov və Elvin Əlizadə ilə görüşü keçirilib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

İnteraktiv şəkildə davam edən görüşdə xaricdə təhsil, fərdi inkişaf proqramları, karyera planlaması, idarəetmə bacarıqları, “Yüksəliş” müsabiqəsi, mentorluq, strateji planlaşdırma, şəbəkələşmənin əhəmiyyəti kimi mövzularda geniş müzakirələr aparılıb.

Müsabiqənin qalibləri öz fəaliyyətləri barədə məlumat verib, təcrübələrini bölüşüb, könüllüləri maraqlandıran sualları cavablandırıblar.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Xəbər lenti