Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində Beynəlxalq münasibətlər kafedrası və Siyasi araşdırmalar mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir geosiyasətdə Azərbaycanın yeri və rolu” mövzusunda elmi diskusiya keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.
Tədbiri giriş sözləri ilə açan moderator Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı prof.İbrahim Kazimbəyli 1991-1993-cü illərdə Azərbaycan xalqının yaşadığı təlatümlərdən bəhs edib. O, həmçinin, 1991-ci ildə Azərbaycan müstəqillik elan edildikdən sonra müxtəlif tarixi mərhələlərdən keçmiş, xalq 70 ildən çox zaman içində saxladığı azadlıq istəyini ortaya qoyduğunu qeyd edib.
Mövzu ilə bağlı elmi diskusiyanın iştirakçılarından olan Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi dekan müavini Namiq Kərimov, Siyasi araşdırmalar mərkəzinin müdiri Əli Məmmədov, Beynəlxalq münasibətlər kafedarsının müdiri prof.Aida Yusifzadə öz fikirlərini bildiriblər.
Elmi diskusiya mövzu ətrafında müzakirələrlə davam edib.