Logo

Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində altkomitənin doqquzuncu iclası keçirilib

20.06.2023 10:27 755 baxış
IMG

Belçika Krallığının Brüssel şəhərində Azərbaycan – Avropa İttifaqı Əməkdaşlıq Komitəsi çərçivəsində təsis olunmuş məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə altkomitənin doqquzuncu iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan tərəfindən Elm və Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclasda Xarici İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Mədəniyyət, Səhiyyə nazirliklərinin nümayəndələrindən ibarət heyət iştirak edib.

İclas zamanı Azərbaycan Respublikası və Avropa İttifaqı arasında sözügedən altkomitənin əhatə etdiyi sahələr üzrə əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri müzakirə edilib.

Xəbər lenti