Bu məqalədə sizə Ginnesin dünya rekordlarına daxil edilən heyrətamiz insanlar, təbiət guşələri, heyvanlar haqqında məlumat veririk.
Ən çox döyməsi olan insan
Bu titulun sahibi Yeni Zelandiyada dünyaya gələn Laki Daymond Riçdir. O, uşaqlıqdan aborigen - maorilərin mədəniyyətinin vurğunu olub və çox guman ki, Lakinin döymələrə olan sevgisi də elə bundan doğub. Onun bütün bədəni müxtəlif rəsmlərlə bəzədilib. Həmin rəsmlərə görə Lakinin dərisi göy rəngə çalır. Qeyd edək ki, bədənini "sənət əsəri”nə çevirən Laki həm də istedadlı jonqlyordur.
Ən iri timsah
2020-ci ilə aid xarici tizer nəşrinin ən diqqətçəkən kadrlarından biri də ağırlığı ilə avtomobilləri əzən nəhəng timsahın görüntüləridir. Bu nəhəng varlıq sanki 110 milyon il bundan əvvəl planetimizdə yaşamış qədim amfibiyanın bədii təsviridir. Alimlər timsaha oxşayan bu qəribə məxluqa gözəl ad veriblər- İmperator Sarkozux (Sarcosuchus imperator). Arxeoloqların sözlərinə görə bu məxluqların uzunluğu 9 metr, çəkisi isə 2-3 ton arasındda olurdu.
Ən güclü qadın
Deyirlər, kişilər güclü, qadınlar isə zəif cinsin nümayəndələridir. Lakin ABŞ-da yaşayan atlet xanım Mişel Kinni bu deyimi alt-üst edib. Bu qadının qaldırdığı daş kürələrinin ümumi çəkisi 539,77 kiloqramdır və bu il o "Ginnes Rekordlar kitab"ına dünyanın ən güclü qadını olaraq daxil olub.
Ən iri robotabənzər nəqliyyat növü
Yaponiyanın Sakakibara Kikai şirkəti heyranedici robotlaşdırılmış humanoid yaradıb. Bu nəhəng və qeyri-adi nəqliyyat növünə Mononofu adı verilib. Mononofu sözü yapon dilindən "döyüşçü samuray” kimi tərcümə olunur. Nəhəng humanoidin ayaq üstə hündürlüyü 8,46, uzunluğu 4,27, eni isə 4 metrdir. Maraqlı dizaynı ilə dıqqəti çəkən robotun başı milli yapon baş örtüklərini xatırladır. Bu qeyri-adi nəqliyyat növünün gövdəsinin içinədə sürücü kabinəsi yerləşdirilib.
Ən iri halqaları fırladan qadın
Amerikalı Getti Kehayova bu bacarığı ilə peşəkar gimnastları kolgədə qoyur. Bacarıqlı Getti uzunluğu 7,1 metr olan halqanı fırladaraq heç bir çətinlik çəkmir.Qeyd edək ki, Kehayovlar ailəsinin üzvləri bu qeyri-adi bacarıqlarına görə dəfələrlə "Ginnesin rekordlar kitabı”na düşüb.
Ayağı ilə oxu atan qadın
ABŞ-da anadan olan Brittani Uolş oxçuluq üzrə dünya rekordunu vurub, özü də bunu ayaqlarının köməyi ilə edib. Deyilənlərə görə bu xanımın ayaqları inanılmaz dərəcədə güclüdür və ox atdığı zaman heç də ayaqlarından zəif olmayan qolları üzərində dayanan Brittani böyük ustalıqla 12 metrdən artıq məsafədən birbaşa hədəfi vurur.
Ən iri kosmik stansiya
Rusiyanın Beynəlxalq Kosmik Stansiyası (BKS) hələ də dünyanın ən iri kosmik stansiyası titulunu qoruyub saxlamaqdadır. BKS-nın 109 metrlik sahəsində çox sayda yüksək texnologiyalı modullar yerləşdirilib və bu stansiya Rusiyanın tarixində inşa edilən ən əhəmiyyətli tikililərdən biridir. Hər il olduğu kimi bu ildə məçhur stansiya "Ginnes rekordlar kitab"ına daxil olub.
ən qeyri-adi yer
Venesuelada yerləşən Maraykaybo gölü dünyanın ən qeyri-adi yeri adını qazanıb. Burada tez-tez şimşək çaxıb ildırım guruldayır. Tədqiqatçıların hesablamalarına görə, ilboyu bu ərazinin bir kvadrat metrinə 250-dən çox ildırım düşür.
Qeyri-adi amfibiya genomu
Alimlər Aksolotl adlı qeyri-adi amfibiya genomunu aşkar ediblər.Bu heyratamiz məxluq regenerasiya qabilliyətinə görə elm dünyasının diqqətini cəlb edib. Aksolt amfibiyasının digər adı isə Meksika salamandrasıdı. O qeyri-adi saçları ilə yadplanetliləri xatırladaraq digər amfibiya növlərindən seçilir.
Əlil arabasında rekord vuran gənc
Əlillik ağır dərddir, əlil arabalarından asılı olan insanların əksəriyyəti bununla barışa bilmir. Amma əlilliyin əyləncəli, maraqlı həyata əngəl olmadığını sübut edən həyat dolu, pozitivliyi və nailiyyəti ilə dünyanı heyran qoyan şəxs Aaron Fotheringem oldu. ABŞ-da anadan olan gənc əlil arabasında təhlükəli fəndlər edərək rekord vurdu. Aaronun rekordu 21,3 metrdir.