Logo

Öyrənməyin üsulu! Sən öyrənərkən hansı üsulu tətbiq etməlisən?

02.11.2024 23:55 113 baxış
IMG

Biz nəyisə öyrənmə lazım gəldikdə biz nə edirik? Birbaşa kitab-dəftəri tökürük qarşımıza və oxumağa başlayırıq.

Bəs biz necə öyrənsək, daha asan mənimsəyərik?
Bizim öyrənmə üsulumuz hansıdır?
Bu suallar haqqında düşünmürük, hətta ona ayıracaq vaxtımızın olmadığını güman edirik. Halbuki ilk öncə bu sualların cavabını tapsaq, öyrənmək bizim üçün daha asan olacaq.

Hansı öyrənmə üsulları var?

Alimlər bizim üçün araşdırma ediblər və 8 öyrənmə üsulunu ortaya çıxarıblar. Bu üsullar haqqında oxuduqca siz özünüzə ən yaxın olanını müəyyən edə biləcəksiniz.

Linqvistik

Linqvistik öyrənmək üsulu oxuma, yazma, dinləmə, danışıq bacarıqlarından istifadə edərək ən rahat şəkildə öyrənən şəxsdir. Bunu sadə misal ilə izah edək.

Məsələn, fizika imtahan gününə hazırlaşan şəxs əgər linqvistik öyrənmə üsuluna meyillidirsə, o ilk öncə həmin fənni oxuyacaq. Daha sonra onunla bağlı videolar dinləyəcək, qeydlər götürəcək. Sonda da öyrəndiklərini təkrarlayacaq. Bu həmin şəxs üçün ən rahat və ideal öyrənmə üsuludur.

Ən yaxşı müəllim və professorların bəzilərinin linqvistik öyrənənlər qrupuna daxil olması buna nümunədir. Sadalananlar həmin peşələrin əsasını təşkil edir.

Ritmik

Ritmik üsul melodiya və notlar əsasında öyrənmək bacarıqlarını birləşdirir.

Ritmik qrupa aid olan insanlar üçün musiqi fikir dağınıqlığı yaratmır, öyrənməyə təşviq edir. Hətta musiqili mühit və ya hər hansı səs onların öyrənmək sürətini artırır.

Tanış situasiya ilə bu qrupun nümayəndələrini tanıya bilərik. Dərslərdə və ya imtahan zamanı qələmi masaya taqqıldadan, ayağını döşəməyə döyəcləyən şəxslərlə böyük ehtimal qarşılaşmısınız. Onlar həmin bu ritmik öyrənmə bacarığına sahib yoldaşlardır.

Buraya həmçinin arxa fon musiqisi isə imtahan, dərs və ya testlərə hazırlaşanlar da aiddir. Bəziləri üçün bu çətin öyrənmə mühiti kimi görünsə də,ritmik öyrənənlər bu formada diqqətlərini daha asan toplayırlar.

Kinestik

Kinestik öyrənmə üsulu bir şeyi edərək öyrənməkdən ibarətdir.

Bu qrupa aid olan insanlar yeni bir bacarığı öyrənmək üçün onu tətbiq etməlidirlər. Kinestik öyrənmə bacarığına sahib insanlar daha çox yaradıcı peşələrdə çalışan şəxslərdir. Məsələn, rəqs, aktyorluq, sənətkarlıq. Təbii ki, yalnız yaradıcı peşələrlə limitlənmir. Cərrahlıq, istehsal, fiziki müalicə kimi sahələrdə çalışanlar da kinestik öyrənənlər qrupuna aiddirlər.

Peşələrdən də məlum olduğu kimi kinestik öyrənmək üsulunu seçənlər bir işi tətbiq edərək öyrənənlərdir. Onlar daha çox təcrübəçi və ya şagird kimi çalışaraq lazım olan bacarıqları mənimsəyirlər.

Vizual

Çox sayda insanın bu öyrənmə üsulundan istifadə etdiyini deyə bilərik. Necə ki, göz yaddaşım yaxşıdır deyənlərlə çox rastlaşırıq görərək öyrənmək asandır deyənlər də az deyil.

Məsələn, diaqramlardan, şəkillərdən, qrafiklərdən daha yaxşı öyrənə bilən şəxslər bu qrupun nümayəndələridir. Bu insanlar texniki yönümlü və mühəndislik sahələrinə meylli olurlar.

Bu qrupa aid şəxslər daha çox kompüter mühəndisliyi və ya İT sahələrinə həvəsli olurlar. Çünki proqramlaşdırma və İT üzrə bilikli olmaq güclü vizual öyrənmə tipinə aid olmağı tələb edir. Kompüterlərlə əlaqəli demək olar ki, hər şey konseptualdır və bu səbəbdən görünə bilməyən komponentlərin qrafik və ya vizual təsvirlərinə (məsələn, baytlara) əsaslanır.

Məntiqi və ya riyazi

Bu öyrənmə üsuluna sahib şəxsləri elə ilk baxışdan anlamaq mümkündür. Onları rəqəmsal informasiyaları daha rahat anlayır, analiz edir və öyrənirlər. Həmçinin digər bilikləri də təsnifləndirməyə, kateqoriyalara bölməyə meyillidirlər.

Məntiqi və riyazi öyrənmə üsulundan istifadə edən şəxslər mühəndislər, elm adamları, riyaziyyatçılar və digər texniki peşələrin nümayəndələri və ya namizədləridir.

Naturalist

Naturalist öyrənmə üsulu təcrübə və eksperiment apararaq öyrənmək deməkdir.

Bu qrupa aid olanlar təcrübə əldə edərək öyrənənlərdir. Onlar üçün yeni bacarığı öyrənməyin uğurlu yolu onu sınamaqdır.

Naturalistlər müşahidə etməyi və təcrübə aparmağı sevirlər. Beləliklə müşahidələr və təcrübələr əsasında bilik və məlumat əldə edirlər.

Saydıqlarımız elmi təcrübəni xatırlatdığı kimi bu üsul da daha çox alimlər tərəfindən istifadə edilir. Onlar eksperimentlər apararaq yeni məlumatlarlar ortaya çıxarırlar.

Şəxslərarası

Şəxslərarası öyrənmə üsulu başqa insanlarla münasibət yaradaraq öyrənmək deməkdir. Bu üsula meyilli şəxslər digər yoldaşlarla komand aquruculuuğu zamanı öyrənirlər.

Çox vaxt bu öyrənmə üsuluna meyilli insanlar hekayələr bölüşür, komandalarda ən yaxşı şəkildə işləyir və fikirlərini başqalarının fikirləri ilə müqayisə edirlər. Bir mənada, başqaları onlara yeni fikirlər düşünməyə kömək edirlər. Çox vaxt komanda oyunçularının yanında yaxşı lider kimi tanınırlar. Bu insanları tez-tez müxtəlif psixologiya və ya sosial elm sahələrində görmək mümkündür.

İntrovert

İntrovert öyrənmə üsulu yalnız, digər şəxslərin müdaxiləsi olmadan öyrənmək metodudur. İntrovert sözü ingilis dilində özünə qapanıq deməkdir.

Bu üsula meyilli insanlar çətin, ancaq mümkün fərdi hədəflər qoyurlar. Bunları da xarici qüvvələr deyil, daxili qüvvələr motivasiya edir. Bu insanlar tez-tez yaradıcı sahələrə girirlər, təşəbbüskar olurlar, bəzən də kiçik sahibkarlıqla məşğul olurlar. Ümumiyyətlə isə birbaşa nəzarət olmadan işləməyə imkan verən sahələrdə çalışırlar.

İmtahan qabağı tək dərs oxuyan və qrup şəklində öyrənə bilmədiyini deyən tələbələr məhz bu qrupun nümayəndələridir.

Öyrənmə üsullarını öyrəndik, indi nə etməliyik?

Növbəti addım bizə ən yaxın öyrənmə üsulunu müəyyənləşdirib ondan istifadə etməkdir. Bəlkə öz öyrənmə üsulunu artıq məqaləni oxuyarkən dəqiqləşdirə bildiniz, bəlkə də axtarıb tapmaq istəyirsiniz. Bu üsulu tapmaq bir qədər çətin ola bilər. Məsələni asanlaşdırmaq üçün 2 fərqli analiz aparın.

  1. Keçmişə nəzər yetirin və əldə etdiyiniz bilikləri necə öyrəndiyinizi xatırlamağa çalışın. Yüksək bal topladığınız imtahan üçün necə hazırlaşmışdınız? Yaxşı bildiyiniz mövzuları necə öyrənmişdiniz?
    Xatırlaya bilsəniz eyni formada öyrəndiyinizin fərqinə varacaqsınız.
  2. Bilmədiyiniz, amma sizin üçün eyni çətinliyə malik mövzular seçin. Hər bir öyrənmə üsulunu fərqli mövzuya tətbiq edəərk öyrənin. Sonda hansı üsul sizə asan gələrsə və hansı mövzunu öyrənmiş olsanız, deməli ometod sizin üçün ideal seçimdir.

Öyrənmə üsulunu müəyyən edə bildinizsə, indi oxumaq vaxtıdır. Nailyyət əldə etmək üçün yorulmadan öyrənməliyik.

Xəbər lenti