Logo

ADAU tələbələri payız tədris təcrübəsində iştirak ediblər

26.11.2024 12:43 46 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin bir qrup III kurs tələbəsi payız tədris təcrübəsini uğurla başa vurub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tələbələr bitkiçilik kafedrasının müəllimləri Qurban Məmmədov, Gülnarə Abbasova, Elnarə Nəzərəliyeva və Aytəkin Əsgərovanın rəhbərliyi ilə Azərşəkər MMC Yevlax rayonunda yerləşən təsərrüfatları və “Aqrolab” laboratoriyası, Dəliməmmədli arıçılıq mərkəzi, Tovuz Agro MMC-nin tütün məntəqəsi və “Şəmkir – Agropark” MMC-də olublar.

Keçirilən təcrübələrin məqsədi tələbələri müxtəlif sahələrdə qabaqcıl təsərrüfatlarla tanış etmək, innovativ texnologiyaları yaxından izləmək və bitkiçiliyin əsası olan bitkinin becərilmə texnologiyası ilə yerində tanış olmaqdır.

Xüsusilə payız aylarında aparılan təcrübə prosesi torpağın hazırlanması, səpin, şəkər çuğundurunun yığımı, silosluq qarğıdalının biçimi, tütün yarpaqlarının qurudulması kimi prosesləri yaxından izləmək imkanı yaradır.

Xəbər lenti