Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, 31 Mart Azərbaycanlıların Soyqırımı tarixi dərsliklərdə müəyyən formada əks olunsa da, bu mövzuya hələ də kifayət qədər geniş yer ayrılmayıb. O qeyd edir ki, orta məktəb dərsliklərində soyqırım hadisələri tarixi faktlar əsasında verilsə də, şagirdlərə bu faciənin miqyası və dünya ictimaiyyətinin ona münasibəti tam izah olunmur.
Təhsil eksperti Kamran Əsədov bildirir ki, hazırda Azərbaycan məktəblərində soyqırım hadisələri əsasən tarix dərsliyində, IX və XI siniflərdə tədris olunur. IX sinif “Azərbaycan tarixi” dərsliyində 1918-ci il hadisələrinə qısa bir fəsildə toxunulur, lakin bu, soyqırımın tam mahiyyətini anlamaq üçün kifayət deyil. XI sinif dərsliyində isə geniş məlumat verilsə də, hadisələrin beynəlxalq aspektdə izahı və müqayisəli təhlili çatışmır.
Təhsil eksperti Kamran Əsədov sitat gətirir ki, soyqırım mövzusu beynəlxalq səviyyədə də tədris olunmalı və Azərbaycanın xaricdəki məktəblərində xüsusi proqramlarla izah edilməlidir. Dünya təcrübəsinə baxdıqda görürük ki, ermənilər qondarma “soyqırımları”nı bir çox ölkələrin dərsliklərinə daxil etdiriblər. Məsələn, Fransada, ABŞ-ın bəzi ştatlarında və Almaniyada erməni iddiaları məktəb proqramlarına salınıb. Halbuki, Azərbaycanlıların məruz qaldığı 31 Mart Soyqırımı hələ də dünya dərsliklərində yer almır.
Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, Holokost və Ruanda soyqırımı kimi hadisələr bir çox ölkənin dərsliklərində geniş şəkildə tədris olunur. Məsələn, Almaniya məktəblərində Holokost dərs proqramlarının ayrılmaz hissəsidir və uşaqlara bu hadisələr ətraflı izah edilir. Ruanda soyqırımı isə UNESCO tərəfindən tanınaraq bir çox Afrika ölkələrinin dərsliklərinə daxil edilib. Azərbaycan da beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək 31 Mart Soyqırımını dünya məktəblərinin proqramına daxil etdirmək üçün ciddi addımlar atmalıdır.
Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, hazırda 31 Mart hadisələrinin dərsliklərdə verilməsində bir sıra problemlər var. Əvvəla, dərsliklərdə bu hadisələr sadəcə tarixi fakt kimi təqdim olunur, lakin onun səbəbləri, nəticələri və dünya ictimaiyyətinin münasibəti kifayət qədər izah edilmir. İkincisi, dərsliklərdə vizual materiallar, statistik məlumatlar və beynəlxalq hüquq normaları ilə bağlı təhlillər azdır. Statistikaya əsasən, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Kürdəmir, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə erməni silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Bu rəqəmlər dərsliklərdə daha geniş və əhatəli şəkildə verilməlidir.
Təhsil eksperti Kamran Əsədov bildirir ki, soyqırımla bağlı dərsliklərin təkmilləşdirilməsi üçün bir neçə vacib addım atılmalıdır. İlk növbədə, dərsliklərdə hadisələrin beynəlxalq siyasi kontekstdə izahı genişləndirilməlidir. İkincisi, vizual materiallar və sənədlərlə mövzu daha təsirli şəkildə təqdim olunmalıdır. Üçüncüsü, şagirdlərə hadisələrin şahidlərinin xatirələri, arxiv sənədləri və müasir tədqiqatlarla bağlı materiallar təqdim edilməlidir.
Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, dünya təcrübəsinə uyğun olaraq, soyqırımla bağlı xüsusi məktəb proqramları hazırlanmalı, maarifləndirmə tədbirləri genişləndirilməlidir. Əgər biz 31 Mart Soyqırımını beynəlxalq aləmə tanıtmaq istəyiriksə, bu mövzu məktəblərdən başlayaraq universitetlərdə və elmi tədqiqat institutlarında geniş şəkildə araşdırılmalı və təbliğ olunmalıdır.
Bəhman Hüseynli