“Müəllim sinif otağını təmir etməməlidir”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Nazir bildirib ki, məktəbin təmir edilməsi üçün müəllimlərdən pul yığılması qanuni deyil: “Kimsə könüllü formada məktəbin müəyyən hissəsində təmir işi aparırsa, bu, başadüşüləndir. Düzdür, bu da tam qanuni deyil. Lakin direktor tərəfindən məcbur edilməsi yolverilməzdir. Bununla bağlı müəllimlər etiraz etməli və bizə şikayət ünvanlamalıdırlar”.