Logo

Mingəçevir Dövlət Universiteti ilə ADNSU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

16.12.2025 14:37 58 baxış
IMG

Dekabrın 16-da Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında elmi və akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

MDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, memorandumun əsas məqsədi tərəflər arasında tədris, elmi-tədqiqat və kadr hazırlığı sahələrində əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsidir. Sənəd çərçivəsində professor-müəllim heyətinin və tədqiqatçıların mübadiləsi, birgə konfrans və simpoziumların təşkili, ortaq elmi-tədqiqat və ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə təcrübələri üzrə məlumat mübadiləsi, eləcə də mütəxəssislərin ixtisasının artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur. Memorandum MDU-nun elmi potensialının gücləndirilməsi, akademik mühitin inkişafı və ölkənin aparıcı ali təhsil müəssisələri ilə strateji tərəfdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Memorandum Doktorant və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII) çərçivəsində MDU-nun rektoru Anar Eminov və ADNSU-nun rektoru Rüfət Əzizov tərəfindən imzalanıb.

Qeyd edək ki, konfransa qəbul edilmiş 610 məqalənin 106-sı MDU-nun doktorant və gənc tədqiqatçılarının payına düşür.

Xəbər lenti