24-25 noyabr 2022-ci il tarixlərində AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi: sənaye və məişət tullantılarının təkrar emalı” mövzusunda respublika konfransı keçiriləcək.
AMEA-dan "Tehsil.biz"ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi sahəsində respublikada ekoloji problemlərin həlli ilə bağlı alimlərin həyata keçirdiyi elmi tədqiqat işlərinin müzakirəsidir.
Konfransın proqramında aşağıdakı bölmələr üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur:
- Neft-kimya, kimya sənayesi tullantıları və təkrar emalı;
- Polimer materiallarının ekoloji problemləri;
- Polimer kompozision materiallar;
- Aqrosənaye tullantılarının zərərsizləşdirilməsi və təkrar istifadəsi;
- Qida və yüngül sənaye tullantılarının ekologiyası.
Tezislərin tərtibinə dair tələblər:
- Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Həcmi 1-4 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan 25 mm, sağdan 15 mm, yuxarıdan 30 mm, aşağıdan 25 mm olmalıdır;
- Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır;
- Məruzənin adı böyük hərflərlə, qalın, şrift 12, müəlliflərin adları adi hərflərlə, qalın, şrift 12, məruzəçinin adının altından xətt çəkilməlidir;
- Elmi (təhsil) müəssisənin adı adi hərflərlə, kursiv, şrift 12, məruzəçinin e-mail ünvanı, şrift 12, xülasə, açar sözlər, ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə verilməlidir;
İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməli, məruzələr 2 nüsxədə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) və elektron variantda təqdim olunmalıdır. Ekspert rəyi 1 nüsxə.
Materiallar müşayiət məktubu ilə birlikdə AMEA-nın Gəncə Bölməsinin ünvanına göndərilməlidir.
Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda konfransın proqramına daxil edilməyəcək. Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Konfransın rəsmi dili: Azərbaycan və rus
Tezislərin son göndərilmə tarixi: 20 oktyabr 2022-ci il
Tel.: (+994 22) 256 14 31, (+994 22) 256 42 63, (+994 22) 256 58 29
E-mail: [email protected]