Bir gün universitetin auditoriyasında müəllim və tələbələr mübahisə edirdilər.
Uzun müddətdi müəllimin nəzərindən qaçmayan bir tələbə var idi. Mübahisənin gedişatında müəllim tələbəyə doğru çevrilərək:
– Səni hey tələskən, qaçan görürəm. Axı sən hara tələsirsən, məgər, bilmirsən tələsən tərsə düşər. Digər yoldaşlarına bax, bir necə təmkinli, rahat tərzdə, tələsmədən işlərini vaxtında yerinə yetirirlər, amma sən qaçaqaçdasan, bu qədər səni tələsdirən nə ola bilər?
Tələbə müəllimə dedi:
– Müəllim, məni tələsdirən zamandı. Bilirsiz, vaxt sahildə küləyin göyə sovurduğu qum dənəcikləri qədər yüngül, görünməz, bir an içində gözdən itən zərrəciklərdi. Keçmişimi sanki dünənim kimi xatırlayıram, gözlərimi açıb yumana qədər sanki mən məktəbə daxil olub məzun oldum, indi isə universitetdə davam edirəm. Bunlar mənə dünən kimi gəlir. Heç nəyin dərdini çəkmədiyim, ancaq yeyib gün boyu anamla, dostlarımla keçirdiyim zamanlar bitdi. İndi isə qayğılı günlərim başlayıb. Bəzi uşaqlara baxıram ki, heç nəyin qayğısını çəkmirlər. Valideyinləri onların qayğısını çəkir. Vaxt, zaman müdəti dünyada heçnə ilə ölçülməyəcək qədər dəyərlidir. Bizlər imkanımız çatan qədər edib dayanmamalıyıq, imkansızı bacaranadək irəliləməliyik. Hətta bəzi valideyinlər olmaq istəmədiyi yerdə, eşitməyə istəmədiyi sözü uşaqlarına görə eşidirlər, bir sözlə uşaqlarının gələcəyinə özlərini fəda edirlər. Mənim etdiklərim onların işinin yanında hələ az bir hissəsidi. Müəllim, icazənizlə, zəngdi getməliyəm.
Tələbənin sözlərindən təsirlənən müəllim asta səslə ded:
– İndi hara tələsirsən bəs?
– Vaxtı qum dənəcikləri kimi uçuran külək yelini qabaqlamağa. Qayğısız günlərimi qaytarmağa. Zamandan istədiyimin ötəsini almağa. Əziyyət çəkən anamın zaman xoşbəxtliyini qaytarmağa.
Müəllim təbəssüm dolu baxışlarla tələbəni uğurladı. Tələbə gülümsünərək müəllim ilə sağollaşıb auditoriyadan çıxdı.
Südabə Məmmədova
BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi