Qatarla Almabulağı stansiyasından Cənnət ölkəsinə gedən iki səyyahın söhbəti...
İki səyyah stansiyadan qatara minirlər. Aradan xeyli vaxt keçsə də heç biri danışmır. Qarşı-qarşıya oturan iki səyyahın biri qəzet oxuyur, biri də pəncərədən çölə baxaraq için-için ah çəkir.
Birinci səyyah: Dostum bu qədər niyə kədərlisən?
İkinci səyyah: Eh dünyanın o qədər dərdi var ki, içində baş çıxarmaq da olmur. Bəzən özümü belə unuduram.
Birinci səyyah: Necə yəni bəlkə daha açıq deyəsən?
İkinci səyyah( məzəli təbəssümlə): Nəyi, dərdimi? Ürək dərdi, ürək nisgilidir...
Birinci səyyah( daralaraq): Bax, həm dərd deyirsən, həm də dərdinin nə olduğunu bölüşmürsən. De ki dərmanını tapaq.
İkinci dost: Desəm nə fərqi var, deməsəm nə fərqi. Hər şey eynidi. Hamıdan uzaq olmaq istəyirəm.
Birinci səyyah: Dərdin közü içində alovlanar. Dərdi daxilində saxlama, bölüş. İnsanlarla paylaşmaq istəmirsənsə ən azından yazıya tök, daşa danış, az da olsa sakitləşərsən.
İkinci səyyah: Hər şey mənasızdı: dərdlə bir gözünü açıb mənəvi ölərsən. Dərdlə bir gözünü yumub bioloji ölərsən. Yalan ömürdü eh!
Birinci səyyah: İnsan həyata gəldiyi kimi də gedir. Bu vaxt ərzində hər şeyin qiymətini bil. Gözlərini yuman an hər şey bitir. Həyatı heçnə geri qaytara bilmir.
İkinci səyyah: Düz deyirsən, dostum, amma insanların saxtakarlığı məni yorur buqələmun kimi rəngdən rəngə düşürlər.
Birinci səyyah: Buqələmun nə qədər rəngini dəyişsə də, ancaq saxta insanlar kimi dərisini dəyişmir.
İkinci səyyah: Həqiqətən də insanların çoxuna dəyər vermək mənasızdır.
Birinci dəyyah: Sən də insansan. Özünü elə aparırsan ki, sanki başqa planetdən gəlmisən. İcazə vermə mühit səni dəyişsin, sən mühiti dəyiş.
İkinci səyyah: Dostum, həyat deyirəm. Bəsdi filosofluq etdin, dərd çəkən adama da oxşamırsan.
Birinci səyyah: Yox, dostum. Mənim dərdim yoxdu, hər halıma şükür edirəm. Sənin də dərdin yoxdu. İnsan insanı həm anlayar, həm də anlamaz, böyütmə bu qədər.
İkinci səyyah: Necə anlayar, puluna, paltarına baxaraq, seçim edərək, ya necə?
Birinci səyyah: Düzdü, insanı geyiminə görə qarşılayarlar, amma bu o demək deyil ki, bahalı paltar geyinə, ucuz geyinsin, ancaq təmiz, səliqəli geyinsin. Əsas odur ki, olduğu kimi görünsün, sevilsin. Paltar içində görkəm dəyişməsin.
İkinci səyyah: Yox, səhv edirsən, insanı olduğu kimi yalnız ailəsi sevər. Birisi savadına, birisi səsinə, birisi xarici görkəminə, birisi də bacarığına görə və. s sevər. Bunlar olmayanda sənə olan sevgiləri də özləri kimi bitər. Yazığım gəlir belələrinə.
Birinci səyyah: Nə qədər bədbinsən belə, bunları boş ver həyatın anını, sevdiklərin ilə olan zamanın dadını çıxar.
İkinci səyyah: Sən birisi üçün çalış özün irəli gedəndə onu düşün, onun irəli getməsinə çalış, onun kədərinə şərik ol, hər şey et, amma bir az sən ondan irəli çıxan kimi, narazılıq və bədbinlik hissi onu bürüsün.
Birinci səyyah: Ətrafda insanlar çox olur, kim bilir içi necədi? Birisi sənə tərif yağdıran kimi dostunmu olur və ya can deyəndə canparənmi olur? Heç bir nadanın sözünə aldanma, Kədərinə kədərləndiyi qədər sevincinə də sevinən əsl insan dostdur. Sən pis olanda halına sevinməyən, sən sevinəndə paxıllıqdan yanmayan insan əsl insandır.
İkinci səyyah: Bəşəriyyətdə məxluqlar çoxdu. İnsanı zamanla da tanımaq olmur. Kimisinin əsl üzü 1 ilə, yaxud 1 aya, bəzən də 1 günə, 1 saata bilinir.
Birinci səyyah: Nə il, nə ay, nə də gün? Ömrünü insanları tanımağa həsir etmə!
İkinci səyyah: Of dostum, nə həsr etmək? Bezdim. Hər şey mənasız gəlir.
Birinci səyyah: Öz dediyinin üstündə durursan. Gəl belə edək, dediklərimi etsən demək sənin dərdin həqiqətən böyükdü.
İkici səyyah: Yaxşı, de görək, indi nə alimlik edirsən?
Birinci səyyah: 24 saat gözü bağlı dura bilərsən? Yerimədən dura bilərsən? Eşitmədən yaşıya bilərsən? Əllərin, ayaqların olmadan həyata güc gələ bilərsən?
İkici səyyah: Bu nə axmaqlıqdır, məgər mən şikəstəm?!
Birinci səyyah : Bəs sənin dediklərin hansı axmaqlıqlardır?! Sənin yerində olmaq istəyən bir çox insan var. Həyata şikəst gələnlər var. Allah sənə hər şey bəxş edib sən yenə də deyinirsən.
İkinci səyyah: Mənsə deyərəm, nə elə, nə də belə yaşamaqdansa, yaşamamaq yaxşıdı.
Birinci səyyah(qəzeti masanın üstə qoyaraq ayağa qalxır): Dur gedək!
İkinci səyyah: Hara?
Birinci səyyah: Sənə bir şey göstərəcəm.
İkinci səyyah(arxasınca gedərək): Buyur göstər.
Birinci səyyah(qatarın qapısını açaraq): İndi qatar tunelə çatanda yüksəklikdə olan Cənnət körpüsünün üstündən keçəcək, o vaxt özünü çaya at.
İkinci səyyah: Nə, nə, dəlisən sən?
Birinci səyyah: Atlan, vaxt yetişdi, tez ol atlan!
İkinci səyyah(qorxurmuş kimi): Məni öldürmək istəyirsən?
Birinci səyyah(gülümsəyərək): Həyatda yaşamağı mənasız bilmirdin?
İkinci səyyah(qorxmuşcasına): Sən dəlisən! Dəli!
Birinci səyyah(qatarın qapısını örtərək): Gedək!
Hər biri yerlərində oturaraq.
Birinci səyyah: Gördün! Ölməkdən bir anda əl çəkdin, artıq deyindiyin bəsdi! Özün yaşamağı seçdin.
İkinci səyyah: Mən ölmək istəmirəm, hələ nə yaşamışam ki? Mən sadecə çox yorulmuşam, Heçkəsə güvənmək istəmirəm. İnsanlar çox saxtadır. İşləri yolunda getməyəndə səni unudurlar. Verdiyim dəyəri ala bilmirəm. Artıq qəlbimin qırılmasından çox qorxuram
Birinci səyyah: Səni başa düşürəm, gəl sənə uşaqlığımın kiçik hekayəsini danışım.
İkinci səyyah(bir az maraqlı baxışlarla): Danış!
Birinci səyyah: Uşaqkən yaşıl ayaqqabım vardır. Onları geyinmirdim. Qorxurdum ki, cırılar nəsə olar. Sadecə saxlayırdım. Hərdən otaqda geyinib çıxarırdım. Axırda nə oldu, bilirsənmi?
İkinci səyyah: Nə oldu?
Birinci səyyah: Sonda onlar ayağıma olmadı. İstədiyim kimi geyinə bilmədim. Qəlb də həmçinin.
İkinci səyyah: Ayaqqabı ilə insanın hissi, güvəni bir deyil axı?
Birinci səyyah: Yox yanılırsan eynidir. Qəlbin də qırılmadısa, o hissləri keçirmədinsə, nə mənası var? Özünə saxlasan sonda ayaqqabılar kimi istifadəsiz qalacaq, lazım olanda heç nəyinə yaramayacaq. İtirəcək heç nəyin yoxdu!
İkinci səyyah: İtirməkdən qorxmursan?
Birinci səyyah : İtirəcək heç nəyim yoxdu.
İkinci səyyah: Necə yəni?
Birinci səyyah: Belə deyim, üzərindəki köynəyi həmişə geyinəcəksən ?
İkinci səyyah: Əlbətdə, yox
Birinci səyyah: Üzərindəki köynəyi həmişə geyinməyəcəksən, çünki zaman-zaman köhnələcək və axırda yararsız hala gələcək. Var da, dövlət də ən əsas can da bir gün itirəcəyik, ona görə itiriləsi heç nə yoxdu. Nə də ki, itirmə qorxusu!
İkinci səyyah: Düzdü!
Südabə Məmmədova
BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi