Logo

"Şuşa bəyannaməsi ilə iki ölkə arasında mədəniyyət, təhsil sahələrində yeni müttəfiqlik əlaqələri yaradıldı"

19.06.2023 12:20 242 baxış
IMG

"2021-ci il iyunun 15-də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi Türkiyə ilə qardaşlıq münasibətlərimizin daha da güclənməsinə imkan yaratdı, ölkələrimiz arasında olan münasibətlərin inkişafında yeni səhifə açdı".

Bunu "Tehsil.biz"ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycanla Türkiyə tarixdə heç zaman bu qədər bir-birinə yaxın olmamışdı:

"Hazırda dünyada bu iki qardaş ölkə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Bu baxımdan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri bugünkü reallığı tam əks etdirir. Bu tarixi bəyannamə ilə iki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat və digər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri yaradıldı. Bəyannamənin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri yeni müstəviyə qaldırmaq idi".

C.Məmmədov qeyd edib ki, Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu artırmaqda, iki ölkə arasında münasibətlərin davamlı inkişafını təmin etməkdə, gələcək nəsillərə ölkələrimizin tarixi birliyini nümayiş etdirməkdəkdir:

"Şuşa Bəyannaməsi ilə Qarabağda edilən investisiyaların həcmi artır, böyük şirkətlər, investorlar tərəfindən işğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri üçün yeni maliyyə yatırımları edilir, yeni sıx əməkdaşlıqlar yaradılır. Həmçinin əməkdaşlığımız yeni kommunikasiya əlaqələrinin yaranmasına imkan yaradır. Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm qoyacaqdır. Bəyannamədə qeyd edilən ən önəmli məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir. Bu tarixi bəyannamə ilə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Tarixi oxşar Azərbaycan və Türkiyə bir araya gələrək inkişafımızı, əlaqələrimizi daha da üst səviyyəyə çatdırmağı planlayır. Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycan və Türkiyə birlikdə fəaliyyət göstərir. Bizim münasibətlərimiz inkişaf etdikcə regionda sabitlik də buna paralel olaraq artacaqdır. Azərbaycan - Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır!"

Kənan Nağıbəyli

Xəbər lenti