Logo

Çinin bu məktəbində sadəcə bir şagird təhsil alır

20.06.2023 12:48 228 baxış
IMG

Hal-hazırda dünyada əhalisinin sayına görə lider ölkə Çindir.

"Tehsil.biz"in məlumatına görə, əhali ölkə üzrə qeyri-bərabər paylanıb.

Pekin və Şanxayda əhalinin sayını azaltmaq məqsədi ilə limit tətbiq olunur. Bundan başqa əhali əsasən şərq hissədə cəmləşib. 

Qeyri-bərabər məskunlaşma bəzən məktəblərdə uşaq sayına da yansıyır. Belə ki, Çinin Fei ibtidai məktəbində əvəllər 50 müəllim və 300 şagird olmasına baxmayaraq hal-hazırda məktəbə yaxın ərazilərdə yaşayan insanların daha böyük şəhərlərə köçməsi səbəbindən hal-hazırda məktəbdə sadəcə bir şagird təhsil alır.

Məktəb dağlıq ərazidə yerləşir bu şagird üçün məktəbdə bir müəllim çalışır. İbtidai məktəb proramın keçrilən fənlərin hamısını həmin müəllim tədris edir. Çin höküməti təhsilə nə qədər önəm verdiyini məhz bu kiçik məktəbin simasında görə bilərik.

Xəbər lenti