Logo

Zamanın idarə edilməsinin 10 ən səmərəli metodu

27.03.2021 11:03 800 baxış
IMG

Bu məqalədə bir dəqiqənizin belə boşa çıxmaması üçün zəruri olan gündəlik öhdəliklər təşkili barədə söhbət açacağıq.

1.1,3 və 5 qaydası

İş gününün zamanı məhduddur və tez-tez planlaşdırılmış bütün işlərin yerinə yetirilməsi üçün çatışmır.

Zamanın səmərəli bölüməsi üçün 1,3 və 5 qaydasını təklif edirik. Onun mahiyyəti növbətidir: iş günü ərzində bir böyük iş, üç orta və beş kiçik məsələ həll etmək olar. Beləliklə gün ərzində 9 məsələ yerinə yetirilir

2. Üç iş qaydası

Yazıçı Kris Beylinin hazırladığı bu qaydaya əsasən iş günü ərzində 3 prioritet məsələni həll etmək lazımdır.

3. On dəqiqə

Əgər görmək istəmədiyiniz bir iş varsa özünüzə deyin ki, mən bu işlə 10 dəqiqə məşğul olub sonra dincimi alacam.

Şans var ki, işə başladıqda başınız qarışacaq və siz onu bitirəcəksiniz.

4. Pomidor (Pomodoro) metodu

Bu metodikanı italiyalı tələbə Françesko Çirillo imtahanları rahat vermək üçün ixtira edib. Bu metod diqqətini cəmləşdirməkdə əziyyət çəkən insanlar üçün lazımlıdır.

Bunun üçün taymerdən istifadə etmək lazımdır. Taymeri 25 dəqiqəyə qoyaraq işlə məşğul olmaq lazımdır. Sonra isə 5 dəqiqə istirahət edin. Beləliklə 4 dəfə çalışdıqdan sonra 30 dəqiqəlik istirahətə yer vermək olar. Qeyd etmək lazımdır ki, saatın tıqqıltsı psixoloji olaraq vaxtın getdiyini və işə diqqətlə yanaşmalı olduğunuzu "deyir".

5. 90/30

Bu metoda əsasən, 90 dəqiqə çalışdıqdan sonra 30 dəqiqə istirahət etmək lazımdır.

6. 52/17

Bu metod yuxarıda qeyd olunana bənzəyir. 52 dəqiqə çalışırsnız, 17 dəqiqə istirahət edirsiniz. Mütəxəssislər qeyd edir ki, məhz bu zaman kəsikləri insan üçün ən optimaldır.

7. Qurbağanı yemək

Bu qeyri-adi metodu Brayan Treysi hazırlayıb. O, ən çətin, xoşunuza gəlməyən işləri "qurbağa" adlandırır. İş gününün əvvəlində belə bir qurbağanı yeməlisiniz və sonra daha çox xoşladığınız işləri görə bilərsiniz.

8. Zaman çərçivərələri

Düzdür bu metod o qədər də mükəmməl deyil, çünki hər bəndin yerinə yetirilməsi üçün nə qədər zaman tələb olunduğunu bilmirsiniz. Onun həyata keçirilməsi üçün təqvim hazırlayırsınız. Hər bənd üçün ortalama həll vaxtı müəyyən etmək və planı həyata keçirmək lazımdır.

9. İşi sona çatdırmaq (Getting Things Done)

Bu metodun müəllifi Devid Allendir. Bütün işlərinizi bir bloknota və ya fayla qeyd edirsiniz. Sonra isə onları "Ev", "İş", "İstirahət", "Alış-veriş" kimi bölümlərə daxil edin. Bənd yerinə yetirildikcə onu silin.

10. Zen to Done

Əgər yuxarıda qeyd edilən metod çətindirsə sizə Zen to Done metodikasını məsləhət görürük.

Qarşınızda duran işləri iri (həftəlik) və kiçiklərə (gündəlik) bölərək bir yerə qeyd etmək lazımdır. Əlbəttə ki, onları da kateqoriyalara böılmək lazımdır.

 

Day.az

Xəbər lenti