Müasir dövrdə təhsil prosesi yalnız biliklərin öyrədilməsi ilə məhdudlaşmır. Şagirdlərin sosial-emosional vəziyyəti, motivasiyası və tədris mühitindəki psixoloji dəstəyi də uğurlu təhsil sisteminin vacib komponentləri sırasındadır. Bu mənada, təlimdə psixoloji dəstək vasitələrinin tətbiqi həm şagirdlərin, həm də müəllimlərin inkişafına töhfə verir.
Tədqiqatlar göstərir ki, sağlam psixoloji mühit akademik nailiyyətlərin artırılmasında mühüm rol oynayır. Şagirdlər təhsil zamanı yalnız bilik öyrənmir, eyni zamanda stress, təzyiq və digər emosional çətinliklərlə qarşılaşır. Bu çətinliklərin idarə olunmasında məktəb mühitində tətbiq edilən psixoloji dəstək vasitələri xüsusi əhəmiyyət kəsb edir.
Psixoloji dəstək vasitələri, şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq, onların özünüdərki, problem həll etmə bacarıqları və emosional sabitliklərinin inkişafına kömək edir. Belə dəstək həmçinin müəllimlərin də iş yükünü azaldır, çünki şagirdlərin davranış və emosional problemləri azaldıqda, tədris prosesinin effektivliyi artır.
Təhsil sistemində psixoloji dəstəyin tətbiqi üçün müxtəlif metod və vasitələr mövcuddur:
Azərbaycanda psixoloji dəstək vasitələrinin məktəblərdə tətbiqi hələ də tam sistematikləşdirilməyib. Məktəb psixoloqlarının sayının azlığı, maddi-texniki bazanın zəifliyi və psixoloji dəstəyin əhəmiyyəti ilə bağlı məlumatlılığın aşağı olması bu sahədəki əsas problemlərdəndir.
Psixoloji dəstək vasitələrinin tədris prosesində tətbiqi, yalnız akademik nəticələrin deyil, həm də şagirdlərin ümumi inkişafına töhfə verir. Bu sahədə davamlı təkmilləşdirmə işləri aparılmalı, həm müəllimlər, həm də valideynlər psixoloji dəstəyin əhəmiyyətini dərk etməlidir. Yalnız bu yolla təhsil sistemində həm şagirdlərin, həm də cəmiyyətin inkişafına nail olmaq mümkündür.
Bəhman Hüseyn