Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yanvarın 24-də muxtar respublikanın ümumtəhsil müəssisələri arasında “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək.
Bu barədə TƏHSİL.BİZ -ə nazirlikdən məlumat verilib.
Müsabiqənin məqsədi ekoloji problemlərin mahiyyətini və ətraf mühitin qorunmasının vacibliyini şagirdlərə aşılamaq, onlarda ekoloji şüur və məsuliyyət hissini inkişaf etdirməkdir.
Müsabiqədə 60 komanda olmaqla, 200-ə yaxın komanda üzvü iştirak edəcək. Tədbirdə qiymətləndirilməni STEAM Təlim-Tədris Mərkəzinin təlimçiləri həyata keçirəcək. Qalib komandalar mükafatlandırılacaq.