Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və sədr müavini Elməddin Namazov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq fakültəsinin professor-müəllim və bir qrup tələbə heyəti ilə görüş keçirib.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov son illərdə Aqrar Universitet məzunlarının işlə təmin olmasında müsbət artım dinamikasının olduğunu diqqətə çatdırıb.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev ölkədə olan epizootik vəziyyət barədə məlumat verib. Daha sonra Aqrar Xidmətlər Agentliyin sədr müavini Elməddin Namazov tələbələrin baytar həkim kimi fəaliyyət göstərmələri üçün təşviqedici söhbətlər aparıb, məsləhət və tövsiyələrini səsləndirib.
Sonda tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirdən sonra Vivarium, Anatomiya və Patoloji anatomiya muzeylərinə baxış keçirilib.