Gəncə Dövlət Universitetinin (GDU) beşinci tədris korpusunda Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə olaraq “Bahar Musiqi Festivalı” keçirilib.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər - universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, rektorun baş müşaviri Asif Cavadov, eləcə də Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd ediblər ki, bu cür layihələr gənclərin fəallığının və yaradıcılığının inkişafına böyük töhfə verir.
Tədbirin bədii hissəsində Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “CreArt” rəqs klubu ilə birlikdə hazırlanan “Uzundərə” rəqsi təqdim olunub.
Həmçinin xarici və milli musiqilər də festivalda canlı ifa olunub. “Çinar Band” qrupunun səsləndirdiyi müxtəlif musiqilər isə alqışlarla qarşılanıb.
Festivalın sonunda tələbələr birlikdə rəqs edərək şən əhvali-ruhiyyə ilə həmrəylik nümayiş etdiriblər.