Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən Saray qəsəbəsində yerləşən təcrübə sahəsində ağacəkmə aksiyası keçirilib.
Bu barədə TƏHSİL.BİZ-ə universitetdən məlumat verilib.
Ağacəkmə aksiyasında ADPU-nun rektoru professor Cəfər Cəfərov, Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, dosent Minarə Həsənova və başqaları iştirak ediblər.