Logo

Dövlət Proqramı iştirakçısı beynəlxalq arenada uğur qazanıb

22.04.2025 12:41 36 baxış
IMG

Dövlət Proqramı iştirakçısı Aygün Bədəlova demensiya sahəsində apardığı tədqiqat ilə beynəlxalq Demensiya Konfransında çıxış edib və “Ən Yaxşı Təqdimat Qalibi” nominasiyası üzrə 300-dən çox səs toplayaraq qalib seçilib.

TƏHSİL.BİZ  xəbər verir ki, sözügedən konfrans 2025-ci ilin mart ayında Londonda “Dementias Platform UK” və “Alzheimer's Society” tərəfindən təşkil edilib. Konfrans çərçivəsində Proqram iştirakçısı diplom və pul mükafatı ilə təltif olunub. 

Bildirilir ki, Aygün Bədəlova "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University College London" ali təhsil müəssisəsində Səhiyyə və rifah ixtisas istiqaməti üzrə doktorantura təhsili alır. 

 

 

 

 


 

Xəbər lenti