Logo

BMU-da karyera təlimi baş tutub

22.04.2025 15:19 80 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində “Karyera klubu”nun birgə təşkilatçılığı ilə “Karyera planlaşdırması” mövzusunda təlim keçirilib.  

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, Memarlıq və inşaat fakültəsinin tələbələri üçün təşkil olunan təlimdə “PMD Projects” MMC-nin İnsan resursları şöbəsinin rəhbəri Rizvan Əliyev effektiv karyera planlamasının zamanı, iş hədəflərinə çatmaq üçün atılacaq ilk addımlar haqqında tələbələrə geniş məlumat verib. Düzgün karyera planlaşdırmağın vacib şərt olduğunu önə çəkən təlimçi, həmçinin strateji karyera yüksəlişi üçün fərdin öz inkişafında diqqət yetirməsi vacib cəhətləri qeyd edib. O, eləcə də iş həyatına başlarkən əmək bazarının tələblərinin öyrənilməsinin vacibliyini bildirib.

Təlim zamanı işə qəbul proseduru, CV-nin  hazırlanması, müsahibə mərhələsinin qaydaları da ətraflı izah olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 

 


 

Xəbər lenti