Logo

AMEA-da İhsan Doğramacının anadan olmasının 110 illiyi qeyd edilib

22.04.2025 16:55 49 baxış
IMG

Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Türk dünyasının böyük oğlu, görkəmli alim, səhiyyə və təhsil qurucusu, AMEA-nın fəxri üzvü, professor İhsan Doğramacının anadan olmasının 110 illiyinə həsr edilmiş konfrans keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor İhsan Doğramacının Türkiyənin və Türk dünyasının görkəmli siması, eləcə də Türk dünyasının son 100 ildə yetişdirdiyi beş ən önəmli və əfsanəvi şəxsiyyətindən biri olduğunu söyləyib. Qeyd edib ki, professor İhsan Doğramacının həyatı, Türkiyədə və Türk dünyasında səhiyyənin, təhsilin inkişafına verdiyi töhfələr bu gün belə qürurla, iftixarla dilə gətirilir. Professor İhsan Doğramacının Türkiyədə təhsilin inkişafı sahəsində xidmətlərinə toxunan akademik İsa Həbibbəyli alimin təşəbbüsü ilə bu gün qardaş ölkənin və dünyanın aparıcı ali təhsil müəssisələrindən olan Bilkənd və Hacettepe universitetlərinin qurulduğunu, eləcə də Ali Təhsil Qurumunun (YÖK) yaradıldığını, uzun illər Dünya Səhiyyə Təşkilatında Türkiyəni təmsil etdiyini və təşkilatın nizamnaməsinə imzasını atan şəxslərdən biri olduğunu deyib.

Sonra Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisinin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov və başqaları çıxış ediblər.

Tədbirdə İhsan Doğramacıya həsr edilmiş film nümayiş olunub.

Xəbər lenti