Logo

Bakıda təmir olunan təhsil müəssisələrinin sayı açıqlanıb

23.06.2025 16:12 62 baxış
IMG

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 51 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.

BŞTİ-dən TƏHSİL .BİZ -ə bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən 4 məktəbin (57, 68, 141, 151) sökülərək yenidən tikintisi, 1 məktəbdə (313) əsaslı təmir və əlavə korpusun tikintisi, 4 təhsil müəssisəsində (59 və 324 nömrəli məktəblər, 328 nömrəli uşaq bağçası və Eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası) əsaslı təmir işləri davam edir.

Bundan əlavə, zəruri olan ərazilərdə 4 yeni məktəb (Kürdəxanı qəsəbəsi 304 nömrəli məktəb-lisey, Xocasən qəsəbəsi 333 nömrəli tam orta məktəb, Ramana qəsəbəsi 337 və 338 nömrəli tam orta məktəblər) və 2 yeni məktəbəqədər təhsil müəssisəsi (Xocəsən qəsəbəsi 348 saylı uşaq bağçası və Maştağa qəsəbəsi 349 saylı körpələr evi-uşaq bağçası) istifadəyə verilib. 

Həmçinin 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286, A. Məmmədov adına) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Eyni zamanda, 1 uşaq bağçasında (101) təmir-bərpa işləri yekunlaşıb.

Xəbər lenti