Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) "QS Sustainability 2026" beynəlxalq reytinqində “Ətraf mühit təsiri” və “Sosial təsir” kateqoriyalarında Azərbaycan üzrə lider mövqe əldə edib.
TƏHSİL.BİZ xəbər verir ki, ölkənin aparıcı mühəndislik və memarlıq ali təhsil müəssisəsi kimi AzMİU son illər dayanıqlılıq strategiyasını gücləndirməklə həm tədris və tədqiqat prosesində, həm də institusional idarəetmədə beynəlxalq standartlara uyğun modern yanaşmaları tətbiq edir. "QS Sustainability" reytinqində əldə olunan nailiyyətlər bu səylərin qlobal miqyasda tanınmasının göstəricisi kimi dəyərləndirilir.
Qeyd edək ki, əldə olunan uğur tələbələrin fəallığı, müəllim heyətinin elmi-pedaqoji əzmi və idarəetmə komandasının davamlı inkişaf yönümlü strategiyasının səmərəsi olaraq mümkün olub.