Logo

Azərbaycan Universiteti QS Avrasiya Forumunda təmsil olunub

27.11.2025 12:02 30 baxış
IMG

Azərbaycan Universitetinin nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Mərkəzi Asiya Universitetində keçirilən “QS Avrasiya Forumu 2025”də (QS Eurasia Forum 2025) iştirak edib. Forumun builki mövzusu “Üfüqlərin genişləndirilməsi: ali təhsildə qlobal körpülərin qurulması” olub.

Azərbaycan Universitetindən TƏHSİL.BİZ-ə bildirilib ki, universitetinin rektoru Səadət Əliyeva forum çərçivəsində təşkil olunan “Sərhədləri aşan qadınlar: Avrasiya ali təhsilində yenilik yaradanlar” adlı panel müzakirəsində çıxış edib. O, təhsil və elm sahəsində çalışan qadınların rolu, onların qarşılaşdığı çağırışlar və nailiyyətlər, eləcə də beynəlmiləlləşmənin universitet üçün strateji əhəmiyyəti barədə forum iştirakçılarına geniş məlumat verib.

Azərbaycan Universitetinin “QS Avrasiya Forumu 2025”də iştirakı ali təhsil müəssisəsinin beynəlxalq akademik əməkdaşlığa verdiyi prioriteti, qlobal təhsil şəbəkələri ilə əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsini və regional akademik mühitdə fəal mövqeyini təsdiqləyən əhəmiyyətli göstəricidir.

Xəbər lenti