Rumıniyanın Konstansa Ovidius Universitetinin, Türkiyənin Konya Səlcuq Universiteti və Aydın Adnan Menderes Universitetinin birgə təşkilatçılığı ilə XVI “Beynəlxalq türk mədəniyyəti, sənəti və mədəni mirasın qorunması“ adlı simpozium keçirilib.
Tehsil.biz xəbər verir ki, simpoziumda Azərbaycan, Türkiyə, Bolqarıstan, İran, Qazaxıstan, Rumıniya, Türkmənistan, Moldova və digər ölkələrdən tədqiqatçılar iştirak ediblər. Tədbirdə muzeyin əməkdaşları Həbibə Əliyevanın “Türk-islam sənətində sənduqə tipli məzar daşlarının yazı nümunələri (ingilis dilində)”, Əli Fərhadovun “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi, dini məsələlər (M.Ə.Talıbovun yaradıcılığı əsasında), Aslan Qasımovun “Son Tunc–Erkən dəmir dövrünün xaçbulaq keramikası”, Afət Kərimovanın “Türk xalqlarının ənənəvi mədəniyyətində maral təsvirinin simvolik mənası” mövzularında məruzələri onlayn formatda dinlənilib.
Simpoziumun məqalələr toplusunun nəşr olunması nəzərdə tutulub.