Logo

“Əlibaba və 40 quldur”un rejissoru vəfat edib

08.01.2024 10:37 121 baxış
IMG

Rusiyanın Əməkdar artisti, “Əlibaba və 40 quldur” filminin rejissoru Oleq Ryabokon 85 yaşında dünyasını dəyişib.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının Sankt-Peterburq təşkilatından məlumat verilib.

Bildirilir ki, o evində dünyasını dəyişib.

Qeyd edək ki, Ryabokon tamaşaçıya həmçinin “Odin za vsex!” filmi ilə də tanışdır. Bundan başqa onun filmoqrafiyasına “Ezop” televiziya tamaşası, “Fiziki”, “Prekrasnaya Yelena”, “Şaqi imperatora” və s. filmlər daxildir.

Xəbər lenti