Logo

Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib - FOTO

29.04.2024 12:50 228 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Türkologiya kafedrasının nəzdində fəaliyyət göstərən Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasında Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

“Türkoloji dilçilikdə Məhəmməd Füzulinin dilinə dair görüşlər” adlı seminarda kafedra müdiri professor Məhərrəm Məmmədov dünya türkologiyasında Məhəmməd Füzuli irsinin tədqiqi ilə bağlı görülən işlərdən söz açıb, şairin özünəməxsus zəngin üslubunun daim dil tarixçilərinin diqqət mərkəzində olduğunu vurğulayıb.

Elmi seminarda “Bəkir Çobanzadənin elmi yaradıcılığında Məhəmməd Füzuli irsi”, “Akademik Tofiq Hacıyev Məhəmməd Füzulinin dili haqqında” və “Füzuli dilinin leksikasına dair görüşlər” mövzusunda məruzələr dinlənilib və müzakirələr aparılıb.

Xəbər lenti