Logo

İqtisadiyyat İnstitutunun əməkdaşı təcrübi biliklərini tələbələrlə bölüşüb

29.04.2024 15:20 236 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Sənayenin təşkili və idarə edilməsi kafedrasında “Sosial sahibkarlıq” mövzusunda elmi seminar keçirilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri Rəsmiyyə Abdullayeva təcrübi biliklərini tələbələrlə bölüşüb, sosial rifah, yoxsulluğun azaldılması, sosial sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı təqdimatlar edib. O, çıxışının yekununda tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb, onlara tövsiyələrini verib.

Sonda qeyd olunub ki, bu cür tədbirlər universitetlərlə elmi-tədqiqat institutlarının inteqrasiyası və faydalı əməkdaşlığı baxımından əhəmiyyətlidir.

Xəbər lenti