Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası futbol çempionatının açılışı olub.
Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən çempionatın açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov və AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxış ediblər. Çıxışlarda futbolun bir mədəniyyət olduğu və bu sahə ilə maraqlananların dünyagörüşünə müsbət təsir etdiyi qeyd olunub. Həmçinin AMEA-nın Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Çıxışlardan sonra futbol çempionatına start verilib.