Logo

Tarix Muzeyinin yeni ekspozisiyasında açıq dərslərə başlanılıb

29.04.2024 13:43 179 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında açıq dərslərin keçirilməsinə başlanılıb.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

“Uzaq keçmişin izi ilə - Azərbaycanda ibtidai icma cəmiyyəti” mövzusunda açıq dərs muzeyin ekspozisiyasının “İbtidai icma cəmiyyətlərinin yaranması. Daş dövrü” və “Tunc və Erkən Dəmir dövrləri” zalında keçirilib.

Açıq dərsdə Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbin müəllim heyəti və şagirdləri iştirak ediblər. Məqsəd məktəbin tədris proqramına uyğun təşkil olunmuş açıq dərsdə şagirdləri unikal eksponatlarla əyani şəkildə tanış etmək olub.

Dərs zamanı şagirdlərə muzeyin qədim dövr maddi-mədəni irs nümunələri haqqında ətraflı məlumat verilib.

Sonra suallar cavablandırılıb.

Xəbər lenti