Logo

Aşqarlar Kimyası İnstitutunda “Vətənə, xalqa həsr edilən ömür” adlı tədbir keçirilib

13.05.2024 22:12 115 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə müasir dövlətçiliyimizin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Vətənə, xalqa həsr edilən ömür” mövzusunda tədbir keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Dövlət Himninin səsləndirilməsi, eləcə də Ümummilli Liderin və bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə institutun baş direktoru akademik Vaqif Fərzəliyev çıxış edərək, keçmiş SSRİ və müstəqillik dönəmində Ulu Öndərin rəhbərliyi ilə görülən işlərdən, onun xilaskarlıq missiyasından söz açmış, Ümummilli Liderin hakimiyyəti dövründə bünövrəsini qoyduğu, müstəqillik illərində isə yeni mərhələdə təkmilləşdirdiyi hərtərəfli inkişaf strategiyasının ölkəmizi tənəzzüldən tərəqqiyə, onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən isə tərəqqidən Böyük Zəfərə apardığını qeyd edib.

Daha sonra institutun icraçı direktoru professor Əfsun Sucayev bildirdi ki, Ümummilli Liderin davamlı qələbələrimizə hesablanan strategiyası sonda ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması üçün ciddi əsas olub.

Sonda AKİ Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Məcdi Nərgiz “Vətənə, xalqa həsr edilən ömür” adlı təqdimatla çıxış edib.

Xəbər lenti