Logo

İtaliyalı bərpaçı-memar AzMİU-nun gənc tədqiqatçıları üçün seminar keçib

14.05.2024 13:38 171 baxış
IMG

İtaliyanın Milan Texniki Universitetinin (POLİMİ) doktorantı, bərpaçı-memar Miriam Terzoni Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) gənc tədqiqatçıları üçün seminar keçib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, mütəxəssis ölkəsində memarlıq sahəsində olan yeniliklər, elmi məqalələrə, araşdırmalara qoyulan tələblərdən söhbət açıb. Gənc tədqiqatçılara bu yolda dəstək olmağa çalışan Miriam Terzoni onları maraqlandıran məsələlərə aydınlıq gətirib, birgə fikir mübadiləsi aparıb, öz tövsiyələrini verib.

Dəyirmi masa ətrafında keçən görüşdə AzMİU-nun Memarlıq və Dizayn fakültələrinin müəllimləri də iştirak ediblər.

Xəbər lenti