Logo

Elmi Bərpa Mərkəzində tədbir: "Heydər Əliyev və muzeylərimiz" - FOTO

14.05.2024 15:29 162 baxış
IMG

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir təşkil olunub.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və dövlətin suverenliyi uğrunda gördüyü işlərdən bəhs edib.

Əməkdar mədəniyyət işçisi Məhəbbət Mehdiyeva Ulu Öndərlə bağlı xatirələrini bölüşərək xalqımızın firavan, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün atdığı addımları diqqətə çatdırıb.

Mərkəzin elmi işlər üzrə direktor müavini İranə İbrahimova və baş fond mühafizi Pakizə Almazova Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, muzeylərlə bağlı görülən işlərə də dəstək göstərdiyini vurğulayıb. O qeyd edib ki, Ulu Öndər muzey işçilərinə hər zaman qayğıkeş münasibət bəsləyib.

Tədbir çərçivəsində Heydər Əliyevin təşəbbüsü və şəxsən iştirakı ilə muzeylərin açılış mərasimlərini əks etdirən videoçarx, həmçinin Mərkəzin həyata keçirdiyi təlim və seminarların ümumi təqdimatı nümayiş olunub.

Xəbər lenti