Logo

Nizami Muzeyində istehsalat təcrübəsində olan tələbələrlə məşğələlər davam edir - FOTO

13.05.2024 21:58 213 baxış
IMG

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (İran)” və “Regionşünaslıq (Pakistan)” ixtisasları üzrə və Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin IV kurs tələbələri üçün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təcrübə məşğələləri davam edir.

Bu barədə "Tehsil.biz"ə muzeydən bildirilib.

Tələbələrlə təcrübə məşğələlərini muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva və Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Aysel Məhərrəmova aparır.

Muzeyin Doktorantura və elmi inkişaf şöbəsi tərəfindən təşkil edilən üçaylıq təcrübə məşğələləri zamanı tələbələr muzey ekspozisiyası ilə yaxından tanış olub, təhsil aldıqları sahələr üzrə bilik və bacarıqlarını artırmaq imkanı qazanıblar. Tələbələrin təcrübə məşğələlərinin səmərəli keçirilməsi məqsədilə onlara muzey əməkdaşları tərəfindən Azərbaycan ədəbiyyatının müxtəlif istiqamətləri üzrə vaxtaşırı mühazirələr oxunur, elmi seminarlar təşkil edilir.

Nizami Muzeyində tələbələrin təcrübə məşğələləri mayın 30-dək davam etdiriləcək.

Xəbər lenti