Logo

BMU-da tələbələrin əl işlərindən ibarət sərgi açılıb - FOTO

13.05.2024 16:58 213 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) ümummmilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tələbələrin əl işlərindən ibarət sərgi fəaliyyətə başlayıb.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Açılış mərasimində ali təhsil müəssisəsinin rəhbərliyi, müəllim və tələbələr iştirak edib. Çıxış edənlər sərginin önəmindən bəhs ediblər və belə sərgilərin tələbələr üçün böyük stimul olduğu vurğulanıb.

Sonra sərgiyə baxış keçirilib. 17 may tarixinə qədər davam edəcək sərgidə universitetin Dizayn kafedrasının baş müəllimi Lalə Sadıxovanın rəhbərliyi ilə rəsm və rəngkarlıq fənləri üzrə tələbələrin aktual işləri, o cümlədən interyer və eksteryer təsvirləri nümayiş etdirilir.

Sonda fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.

Xəbər lenti