Logo

“Kod adı V.X.A” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

14.05.2024 14:03 157 baxış
IMG

Mayın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Teatrdan "Tehsil.biz"ə bildirilib ki, tarixi-sənədli faktlara istinadla qurulan səhnə əsərində teatrın 70 nəfərlik böyük heyəti rol alır.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

“Kod adı V.X.A” Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunub. İkihissəli tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı isə Vadim Kuskovdur.

Xəbər lenti